SON DƏQİQƏ

PressDent.Info

Bakı-Sumqayıt xəttində 8 qatar işləyəcək - FOTO

Bakı-Sumqayıt xəttində 8 qatar işləyəcək - FOTO
2-09-2015, 01:38 30241 dəfə baxılıb

Sentyabrın 15-dən Bakı-Sumqayıt xətti üzrə 8 qatar sərnişinlərin istifadəsinə veriləcək.
 
Bu haqda AzadlıqRadiosuna «Azərbaycan Dəmiryolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, qarşıdakı 15 gündə son tamamlama işləri gedir. Sentyabrın 2-də Bakıdan-Sumqayıta qədər ilk işçi qatarı yola düşəcək:
 
Nadir Əzməmmədov deyir ki, biletlərin qiyməti ilə bağlı Tarif Şurasına müraciət olunub. Qiymətlər ayın 15-dək açıqlanacaq.
 
8 qatardan 3-cü 2 mərtəbəlidir.
 
Ümumilikdə, 91 kilometr yolun ilk 55 kilometrliyində işlər yekunlaşıb.
 
Sərnişinlər mənzilbaşına Bakı-Biləcəri-Sumqayıt qatarı ilə 40 dəqiqəyə, Bakı-Zabrat-Sumqayıt qatarı ilə 52 dəqiqəyə çata biləcəklər. Dairəvi dəmir yolu üzərində 23 stansiya və dayanacaq olacaq. Bakı-Biləcəri-Sumqayıt qatarı Keşlə, Biləcəri və Xırdalandan keçəcək. Bakı-Zabrat-Sumqayıt üzrə hərəkət edəcək qatar isə - “Koroğlu”, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı dayanacaqları var.
 
 
 
 
 
 
 
 
 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ