SON DƏQİQƏ

PressDent.Info

Bakıda daha bir ana və uşaq ölümü

Bakıda daha bir ana və uşaq ölümü
2-09-2015, 01:09 21090 dəfə baxılıb

Bakıda doğuş zamanı ana və uşaq ölümü baş verib.
 
 
Hadisə 1 saylı Klinik Xəstəxanada qeydə alınıb.
 
Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Səbinə Ziyad qızı Mütəllimova avqustun 28-də Şəhər 1 saylı Klinik xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib və onun üzərində qeysəriyyə əməliyyatı aparılıb. Uşaq əməliyyatdan bir neçə dəqiqə sonra, ana isə üç gün sonra dünyasını dəyişib.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  faktı təsdiqləyiblər. Bildirilib ki, ölüm faktı nazirliyin Doğuşa yardım komissiyası tərəfindən araşdırılır.
 
Nazirlikdən həmçinin bildirilib ki, Səbinə Mütəllimovada ürək qüsuru olub: “Həkimlər əvvəlcədən anaya xəbərdarlıq ediblər ki, hamiləlik əks göstərişdir, belə olan halda doğuşa icazə verilmir”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ