SON DƏQİQƏ

PressDent.Info

SOCAR təyyarə yanacağı ixracını 40 faiz artırıb

SOCAR təyyarə yanacağı ixracını 40 faiz artırıb
2-09-2015, 00:54 21783 dəfə baxılıb

Bu il şirkət dizel yanacağının ixracını 3% artırıb
 
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin avqust ayında 90,491 min ton dizel yanacağı, 27,984 min ton təyyarə yanacağı ixrac edib. Dizel yanacağının ixracı ötən ilin avqust ayına nisbətən 11% azalıb, təyyarə yanacağının ixracı isə 40% artıb.
 
Bu ilin yanvar-avqust ayları ərzində İdarə 650,797 min ton dizel yanacağı, 159,467 min ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac edilib. Hesabat dövründə dizel yanacağının ixracı 3%, təyyarə yanacağının ixracı 33% artıb, soba mazutunun ixracı isə 33% azalıb.
 
Qeyd edək ki, cari ilin avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 538,51 dollar, təyyarə yanacağı 457,26 dollar, dizel yanacağı 441,75 dollar, 1% kükürdlü mazutun qiyməti isə 232,36 dollar təşkil edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ