SON DƏQİQƏ

PressDent.Info

Azərbaycanda 5700 illik yaşayış məskəni

Azərbaycanda 5700 illik yaşayış məskəni
30-08-2015, 23:35 23286 dəfə baxılıb

İsmayılbəy qədim yaşayış yerində aparılmış tədqiqatlarla AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyası ilkin nəticələri açıqlayıb.
Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovun sözlərinə görə, aparılmış tədqiqatların ilkin mərhələsində Ağdam rayonunun Armudlu kəndi yaxınlığındakı İsmayılbəy təpə qədim yaşayış yerində hündürlüyü 3,40 m, diametri 5,4 m olan yaşayış evindən 4 təsərrüfat küpü, 1 uşaq qəbri və 200 ədəd sapand daşı aşkar edilib. Burada tapılan evlər memarlıq üslubuna görə Qafqaz arxeologiyası üçün unikal səciyyə daşıyır.

Qeyd edək ki, dörd çöl-tədqiqat mövsümündə İsmayılbəy təpə qədim yaşayış yerinin 400 kv. metr ərazisində qazıntı işləri aparılıb. Tədqiqat zamanı tapılmış üzvü qalıqların İsrailin Rexovot şəhərindəki Veysman İnstitutunda radiokarbon analizləri göstərir ki, İsmayılbəy təpə qədim yaşayış məskəninin üst qatları e.ə. 5700-cü il hüdudlarına aiddir.

 

Azərbaycanda 5700 illik yaşayış məskəni

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ