SON DƏQİQƏ

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

16:05 - Millət Vəkili Nizami Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Eyvanlar söküldü, mənzərə dəyişdi - FOTO

Eyvanlar söküldü, mənzərə dəyişdi - FOTO
28-08-2015, 17:02 48500 dəfə baxılıb

Paytaxtın Yasamal royunu, A.Ağayev küçəsi bina 1-də olan mənzillərə bitişik əlavə tikililərin sökülməsindən sonra, ərazi xarabalıqlara bənzəyir.
 
Artıq binanın arxa hissəsində olan artırmalar tamamilə sökülüb. Söküntü nəticəsində mənzillərə də ziyan dəyib. Sakinlərin sözlərinə görə, eyvanlar sökülən zaman onların mənzillərinin divarlarına zərər dəyib. Ərazidə tikinti işlərinə nəzarət edən Faiq adlı şəxsin musavat.com-a açıqlamasına görə, binada söküntü aparılan hissələr tam təmir olunaraq sakinlərin ixtiyarına veriləcək: "Eyvanların hamısı təmir olunaraq eyni rəng və formaya salınacaq. Binanın üzü magistral yola tərəf olduğu üçün, təmir abadlıq işlərinə xüsusi diqqət ediləcək. Eyni zamanda söküntü zamanı mənzillərin divarlarında yaranan problemlər də aradan qaldırılacaq. Sakinlər bu adablıq işlərindən razıdırlar. Binanın Vergilər Nazirliyi istiqamətində aparılan söküntülərdən narazı olan sakinlərinin də istəkləri yerinə yetirilib. Belə ki, orada yerləşən sənədi olan mənzillərə toxunulmayıb. Sadəcə həmin mənzillərin üzərində təmir işləri aparılaraq, müasir görkəmə salınacaq".
 
Sakinlər isə artıq narazılıqlarını bildirmirlər. Adlarının yazılmasını istəməyən sakinlərin sözlərinə görə, onlara aparılan söküntü sonrası heç bir kompensasiya verilməyib: "Şikayətləndik nə xeyri oldu. Dedilər sökəcəyik, sökdülər. İndi deyiblər eyvanların hamısın eyni rəngdə edəcəklər. Nə deyək, etsinlər görək necə olur".
 
Ərazidə təmirlə əlaqədar 5-dən tikinti texnikası işləryir. Təmir və bərpa işlərinin növbəti həftənin sonuna qədər yekunlaşacağı gözlənilir.
 
 
 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ