SON DƏQİQƏ

PressDent.Info

Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq davam etdirilir

Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq davam etdirilir
27-08-2015, 20:04 22039 dəfə baxılıb

Avqustun 10-dan 21-dək Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Malayziya Texniki Əməkdaşlıq Proqramı və Malayziya Korrupsiyaya Qarşı Mübarizə Akademiyası tərəfindən “Korrupsiyaya qarşı mübarizə Proqramının Strateji İdarəetməsi üzrə Sertifikat” mövzusunda tədbir keçirilib.
 
Çin, Pakistan, Özbəkistan, Tacikistan, Şri-Lanka və digər dövlətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru İsfəndiyar Hacıyev təmsil edib. 
 
İ.Hacıyev çıxış edərək ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində kompleks, sistemli və ardıcıl islahatların həyata keçirildiyi, bu sahədə respublikamızın bir çox beynəlxalq təşkilatlar, ixtisaslaşmış qurumlarla ikitərəfli və çoxtərəfli müqavilələr əsasında qarşılıqlı və səmərəli əməkdaşlıq etdiyi, eyni zamanda “ASAN” xidmət mərkəzlərin fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
 
Tədbirin yekununda İ.Hacıyevə müvafiq sertifikat təqdim edilib. 
 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ