SON DƏQİQƏ

09:29 - Azərbaycan müəllimi, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin direktoru Ağazadə Elşən Mirilham oğlu...

16:42 - Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

PressDent.Info

Nazirlik əməkdaşları Şəkidə dəhşətli qəzaya düşdü: 4 ölü – VİDEO

Nazirlik əməkdaşları Şəkidə dəhşətli qəzaya düşdü: 4 ölü – VİDEO
27-08-2015, 18:47 39188 dəfə baxılıb

Şəkidə dəhşətli yol qəzası baş verib.
 
Region TV xəbər verir ki, hadisə Şəki-Qax yolunun 17-ci km-də Şəkinin Göynük kəndi ərazisində qeydə alınıb.
 
Belə ki, qəza zamanı Şəki sakini Əlizadə Elşən Akif oğlu idarə etdiyi 99-GK-948 dövlət nömrə nişanlı “Saypa” markalı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. 
 
İdarəetmədən çıxan avtomobil bir neçə dəfə yuvarlanaraq yol kənarındakı dərəyə aşıb. Nəticədə sürücü ilə yanaşı avtomobildə olan sərnişinlər Şəki sakinləri Abdullayev Araz Gündüz oğlu, Sədiyev Asif Çingiz oğlu və Şəkinin Aşağı Göynük kənd sakini Mustafayev Seymur Hüseyn oğlu aldıqları bədən xəsarətləri nəticəsində elə hadisə yerindəcə dünyalarını dəyişiblər.
 
İlkin məlumatlara görə qəza zamanı ölən şəxslər gecə saatlarında Qax rayonundan toy mərasimindən gəliblər. Qəzanın ilkin olaraq yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur. Qeyd edək ki, qəza gecə saatlarında baş versə də, hadisədən ancaq səhər saat 8 radələrində xəbər tutulub.
 
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırmalar aparılır.
 
Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən 4 nəfər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki penitensiar müəssisənin əməkdaşlarıdır. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ