SON DƏQİQƏ

PressDent.Info

Sənaye məhsulu istehsalı 9,5 mlrd manat azalıb

Sənaye məhsulu istehsalı 9,5 mlrd manat azalıb
25-08-2015, 14:56 25171 dəfə baxılıb

Məhəmməd Talıblı: «Xarici ticarət dövriyyəsində, daxili istehsal templərində azalmaların müşahidə olunması böhranın əlamətləridir»

Bu ilin yanvar-iyul aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 15,8 milyard manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye məhsulu istehsalı 3,5% artıb, amma həmin statistik məlumatlara görə, sənaye məhsulu istehsalı faktiki qiymətlərlə 9,5 mlrd manat və ya 37,4% azalıb.

DSK-nın versiyasına görə, sənayenin qeyri-neft bölməsində istehsal həcmiÿəvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 4 mlrd 377 mln manat təşkil edib. 2014-cü ilin eyni dövründəÿqeyri-neft bölməsində 5 mlrd 243,7 mln manatlıq məhsul istehsal edilib.

015-ci ilin 7 ayında sənaye məhsulu istehsalında mədənçıxarma sənayesinin payı 2 63,8%, emal sənayesinin payı 28,5%, elektrik enercisi, qaz və buxar istehsalının payı 6,9% olub (contact.az)

Iqtisadçı ekspert Məhəmməd Talıblı hesab edir ki, daxili istehsalda həm tikintidə, həm emal sənayesində, həm ümumi sənayedə azalmaların müşahidə olunmasını əvvəlcədən proqnozlaşdırmaq olardı. Çünki yarım illik statistik açıqlamalara görə, Azərbaycanda xarici ticarət dövriyyəsi artıq 30 faiz azalıb. Bu isə ondan xəbər verir ki, xarici ticarət dövriyyəsində azalmalar baş verirsə, şübhəsiz ki, bu özünü yerli istehsalda göstərməlidir: “Yerli istehsalda templər aşağı düşüb. Ona görə həm xarici ticarət dövriyyəsində, həm daxili istehsal templərində azalmaların müşahidə olunması onu deməyə əsas verir ki, ölkədə müxtəlif sahələrdə geriyə addımlar atılır. Fevralın 21-dəki devalvasiya qərarından sonra ölkədəki bütün bazar iştirakçılarının ziyan çəkəcəyi gözlənilən idi”.

M.Talıblının sözlərinə görə, ərzaq bazarındakı məhsulların qiymətinin də artımı onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatında həm alıcılıq aşağı düşür, həm də bütün mal və xidmətlərin qiymətləri yüksəlir. “Artıq ölkə iqtisadiyyatında ciddi problemlərdən, böhranın əlamətlərindən danışmağın zamanı çatıb. Çünki bu təkcə bir mal pozisiyası üzrə geriləmələr deyil, ümumilikdə bütün mal və xidmətlərin qiyməti artır. Əgər iqtisadiyyatın bir sahəsində müəyyən problemlər və geriləmələr varsa, bu ciddi sayılmaya bilər. Amma əgər problemlər bütün sektorlar üzrə varsa, artıq ciddi tədbirlər görmək lazımdır”.

M.Talıblının sözlərinə görə, yaranmış situasiyadan çıxış yolu səhvlərin və ölkənin böhrana girməsinin etirafıdır. Bu etirafdan sonra isə müvafiq addımlar atmaq gərəkdir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ