SON DƏQİQƏ

PressDent.Info

Mingəçevir olayına görə tutulan polis cəbhəçinin üzünə durub

Mingəçevir olayına görə tutulan polis cəbhəçinin üzünə durub
25-08-2015, 14:43 19512 dəfə baxılıb

AXCP fəalı Qadir Xudabaxşıyevin məhkəməsində maraqlı faktlar ortaya çıxdı

Şərlənən daha bir cəbhəçi dünən məhkəmə qarşısına çıxarılıb. Söhbət Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mingəçevir şəhər şöbəsinin fəalı, II qrup Qarabağ əlili Qadir Xudabaxşıyevdən gedir. Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə ittiham olunan Qadir Xudabaxşıyevin işinə Mingəçevir şəhər Məhkəməsində Hüseyn Mirzəliyevin sədrliyilə baxılır.

Dünənki məhkəmə iclasında Qadir Xudabaxşıyev ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyərək, təqsirsiz olduğunu bildirib.

Qadir Xudabaxşıyevin hüquqlarını müdafiə edən vəkil Bəhruz Bayramov bildirib ki, məhkəmənin qərarı ilə müvəkkilinin barəsində həbs-qətimkan tədbiri seçiləndən sonra da o, 14 gün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin (“bandotdel”) təcridxanasında saxlanılıb. Bu da tamamilə qanunsuzdur. Vəkil bu məsələnin araşdırılması haqda vəsatət qaldırıb. Lakin hakim vəsatəti təmin etməyib.

Iş üzrə hal şahidi qismində tanınan şəxslər məhkəməyə gəlmədiyindən proses sentyabrın 10-na qədər təxirə salınıb.

Xatırladaq ki, Qadir Xudabaxşıyev bu il fevralın 11-də “bandotdel” əməkdaşları tərəfindən həbs olunub.

Qadir Xudabaxşıyev Qarabağ müharibəsi zamanı Xocalı batalyonunda döyüşərək yaralanıb, II qrup Qarabağ müharibəsi əlilidir.

Yeri gəlmişkən, dünənki məhkəmədə o da məlum olub ki, ittiham tərəfinin Qadir Baxşıyevə qarşı şahidlərindən biri də Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşı, polis baş leytenantı Şahlar Şahlarzadədir. O, ibtidai istintaq zamanı AXCP fəalının əleyhinə ifadə verərək, guya, ondan silah tapıldığını iddia edib.

Adıçəkilən şəxs son günlər Mingəçevirdə baş verən hadisələrin əsas “qəhrəmanlarından” biridir. O, Mingəçevirdə yerli sakinlərin etirazına səbəb olan ölüm hadisəsinə görə iki gün əvvəl həbs edilib. Söhbət avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində Bəhruz Hacıyevin intihar adı altında müəmmalı ölümündən gedir.

Azər

azadliq.info

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ