SON DƏQİQƏ

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Vasif Talıbov 700 bal toplayan tələbəyə pul mükafatı verdi - FOTO

Vasif Talıbov 700 bal toplayan tələbəyə pul mükafatı verdi - FOTO
25-08-2015, 14:31 34828 dəfə baxılıb

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov ali məktəblərə imtahanlardan yüksək bal toplayan tələbələrlə görüşüb. 
Musavat.com xəbər verir ki, görüşdə Vasif Talıbov Muxtar Respublikanın ümumtəhsil məktəblərini bitirərək, tələbə adını qazanan məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib.
Ali Məclisin sədri bildirib ki, dövlət təhsil sahəsində qarşıda duran vəzifələri yerinə yetirmək üçün bütün tədbirləri görür: “Ölkəmizdə müasir təhsil şəraiti vardır. Gənclərin sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır, onlar dövlət idarəçiliyində məsul vəzifələrə irəli çəkilirlər. Göstərilən etimad və qayğı isə öz növbəsində qarşıya yeni vəzifələr qoyur. Cəmiyyətdə layiqli yer tutmaq, vətənə və millətə faydalı olmaq üçün bundan sonra da yaxşı təhsil almalı, öz üzərinizdə daim işləməli, mütaliə etməli, bilik və dünyagörüşünüzü artırmalısınız”.
 
Qəbul imtahanlarında 700 bal toplayan Əli Allahverdiyev və 500-dən yuxarı bal toplayaraq, tələbə adını qazananlara “Naxçıvan 2003-2013: hədəflər, inkişaf, nəticələr” kitabı və pul mükafatı təqdim olunub.
Xatırladaq ki, Əli Allahverdiyev  6 il Şərur rayon Zeyvə kənd tam orta məktəbində oxuyub. 4 il Şərur Türk Liseyində təhsil alıb. Türk liseyləri bağlandıqdan sonra Əli sonuncu - 11-ci sinifi kənd məktəbində davam etdirib.
 
Ailədə 3 qardaşdırlar. Böyük qardaşı evlidir, amma işsizdir. Ortancıl qardaşı isə Naxçıvan Texniki Kollecində oxuyur. Atası Naxçıvan Dövlət Dəmiryol İdarəsində maşinist işləyir. Anası isə evdar qadındır.
Əli liseydə təhsil aldığı müddətdə bir sıra beynəlxalq fənn olimpiyadalarında da uğurlu çıxış edib. O, respublika üzrə riyaziyyat olimpiadasında gümüş medal, Nigeriyada fənn olimpiadasında qızıl medal, Türkiyədə riyaziyyat üzrə olimpiadada isə 2 qızıl və 2 bürünc medal qazanıb.
İlkin Muradov,
Musavat.com

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ