SON DƏQİQƏ

PressDent.Info

“Nida”çı Üzeyir Məmmədli həbs olundu

“Nida”çı Üzeyir Məmmədli həbs olundu
30-03-2013, 21:15 50174 dəfə baxılıb

Martın 30-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Üzeyir Məmmədliyə Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə iş qaldırıb. “Media forum” saytı xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi onun haqqında üç aylıq həbs qətimkan tədbiri seçib.

“Nida”nın dörd üzvü həbsdədir. Onlardan Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlunun həbsi ilə bağlı martın 9-da Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, gənclər martın 10-da paytaxtın Fəvvarələr meydanında etiraz aksiyası zamanı “Molotov kokteyli”nin istifadə edilməsinə hazırlaşırmışlar.

“Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Rəşad Həsənov isə martın 14-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

 

"Media forum"

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ