SON DƏQİQƏ

PressDent.Info

YAP-dan deputatlığa iddialı gənclərin şok "bioqrafiyası"

YAP-dan deputatlığa iddialı gənclərin şok
21-08-2015, 09:04 26753 dəfə baxılıb

YAP-ın seçkilərdə iştirak edəcək gənc namizədlərindən bəzilərinin adları açqlandı.

TİA.AZ mötəbər mənbəyə istinadən mandat iddiasında olan YAP-çı gənclərin kimliyini təqdim etdi. Qaynağımız indi onların fəaliyyəti haqda sensasiya yaradacaq məlumatlar verib.

Mənbə iddia edir ki, YAP Gənclər Birliyinin sədri Seymur Orucov deputat Şəmsəddin Hacıyevin kürəkəni, digər deputat Səttar Mehbalıyevin bacısı oğludur. Parlament üzvü olmaq iddiasına düşən S.Orucov
Dövlət İqtisad Universitetində Tələbə Gənclər təşkilatının sədri işləyib. O, ali məktəbin “qiymət yazdırmaq” məsələlərinə kuratorluq edib.
Mənbə bildirir ki, qohumları onu YAP GB sədr gətirəndə YAP icra katibi Əli Əhmədovun oğlu da İqtisad universitetində tələbə idi. Seymur Orucovun sədr olmasına etiraz etməməsi üçün Əli Əhmədovun oğluna iqtisad universiteti tərəfindən 4 otaqlı ev hədiyə verilib.
Mənbə ikinci namizəd - YAP gənclər birliyinin sədr müavini Samirə Quliyeva haqda da xəbər verib. Politexnik Universitetində Tələbə Həmkarlar təşkilatının sədri olub. Onun da semestr imtahanlarında rektorun pul yığanı rolunda çıxış etdiyi iddia edilir
YAP GB-nin İdarə Heyətinin üzvü Yusif Babanlı da deputatlıq eşqinə düşüb. Bədən Tərbiyəsi Akademiyasında tələbə həmkarlar təşkilatına rəhbərlik edib.
O, ixtisas dəyişmələrə, qiymət yazılmalarına, akademiyadan qovulanların bərpa olunmasına məhz Yusif Babanlı nəzarət edib. Rektorun əziz və pul yığan sevimlisi kimi tanınıb.

Bu cür" uğurlu " xidmətlərinə görə onu prorektor təyin ediblər.
da qoyublar həmin akademyada. Yusif Babanlı həm də Əli Əhmədovun Baş Nazirin müavini olmasından sonra ləğv olunan deputat mandatına onun yiyələnəcəyinə ümidlidir. O, həm də Nərimanov YAP gənclərinin sədridir. Hətta avtomobilinə də Əli Əhmədovun istifadəsində olan avtomobilinin nömrəsini (600) vurub.


YAP gənclər birliyinin sədr müavini Aytac Əliyeva - savadlı, müxtəlif xarici dil bilən gəncdir.Bu namizəd daha uyğun ola bilər. Son zamanlar Binəqədi rayonunda bələdiyə seçilməsi və həmin rayonda onun müxtəlif korrupsiya hallarında adının hallanması mənfi haldır. Onun mətbuatda adı çəkilməsəydi daha uğurlu namizəd saymaq olardı.
YAP gənclər birliyinin sədr müavini Ramil Məmmədov da real namizəddir. Onun Dünya Azərbaycanlıları Təşkilatının sədri olaraq maxinasiyalara yol verdiyi iddia olunur.
Həmin maxinasiya nəticəsində dövlətin itmiş pullarının ona ödətdirilməsi, rəsmi iş yeri olan Diasporla iş üzrə dövlət komitəsindən çıxarılması və Nazim İbrahimov tərəfindən işinə bərpa edilməsi Ramin Məmmədovun namizəd olmasını əngəlləyən səbəbdir.
Adıçəkilən şəxslərin də mövqeyini çap etməyə hazırıq. 
YAP-dan deputatlığa iddialı gənclərin şok "bioqrafiyası"
YAP-dan deputatlığa iddialı gənclərin şok "bioqrafiyası"
YAP-dan deputatlığa iddialı gənclərin şok "bioqrafiyası"

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ