SON DƏQİQƏ

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

«Azərbaycanda zorakı etirazlar qeyri-mümkündür»

«Azərbaycanda zorakı etirazlar qeyri-mümkündür»
21-08-2015, 08:11 41714 dəfə baxılıb

Noyabrda parlament seçkiləri keçiriləcək, amma Azərbaycanda seçki ab-havası hiss olunmur. Daha çox neftin qiymətinin ucuzlaşmasından dolayı yaranan sosial-iqtisadi problemlər gündəmi məşğul edir. Qarşıda Azərbaycanı nə gözləyir? Seçki prosesindən hansı gözləntilər var? Bu barədə"Bizim Yol" qəzetinin suallarını Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli cavablandırıb. 
- Parlament seçkilərinə az müddət qalsa da, seçki mühiti hiss olunmur. Sizcə, bu süstlüyün səbəbləri nədən ibarətdir? 
 
- Azərbaycanda siyasi vəziyyət əslində seçkiqabağı şəraitlə müəyyən olunmalı idi. Artıq bir neçə gündən sonra parlament seçkilərinə start verilir. Ancaq Azərbaycanda seçkiqabağı mühit yoxdur. Ümumiyyətlə, qarşıda parlament seçkilərinin olması da hiss olunmur. Bu da hesab edirəm ki, Azərbaycanda yaranmış həm siyasi, həm də iqtisadi vəziyyətlə, həm də insan haqlarının, demokratiyanın vəziyyəti ilə bağlı olan bir problemdir. Məlumdur ki, Azərbaycan iqtidarı özünün iqtisadi siyasətini əsasən neft amili üzərində qurmuşdu. Neftin qiymətinin sürətlə aşağı düşməsi ölkə iqtisadiyyatında xeyli problemlər yaradıb. Müəyyən dövrlərdə deyirdilər ki, bu, bizim iqtisadiyyatımıza təsir göstərmir. Amma özləri də etiraf etməli oldular ki, məhz Azərbaycan iqtisadiyyatı neftdən asılı olduğu üçün, neft amili iqtisadiyyatımıza həlledici təsir göstərmək imkanına malikdir. Azərbaycanda manatın qiymətinin kəskin aşağı düşməsi, ilk növbədə ərzaq və digər məhsulların qiymətinin bahalaşması, mənzil bazarının çökməsi hiss olunur. Bu da cəmiyyətdə istər-istəməz müəyyən narahatlıqlar yaradır. İnsanların bir hissəsi hətta çörək almağa çətinlik çəkirlər, banklarda, bank sektorunda gərgin bir vəziyyət yaranıb. Azərbaycan hakimiyyəti məcburdur ki, Beynəlxalq Banka olan borcları polis vasitəsilə ödətdirsin. Bu da hakimiyyətin xüsusiyyətlərindən irəli gələn bir amildir. Digər tərəfdən, hakimiyyət demokratik cəbhənin vəziyyətini gərginləşdirməyə, onları susdurmağa çalışır. Məhkəmə prosesləri var və yəqin ki, müəyyən bir müddət də davam edəcək. İnsanların uydurma ittihamlarla həbs edilməsi, həbsə məhkum edilməsi Azərbaycanda insan hüquqlarının vəziyyətinin gərgin olduğunu göstərir. Belə bir vəziyyətdə də hakimiyyət çalışır ki, bütün cəmiyyət seçki mühitindən uzaqlaşsın, seçkini unutsun. Bu isə seçkilərin tam nəzarət altında keçiriləcəyini qabaqcadan deməyə əsas verir. 
- Belə bir vəziyyət hakimiyyətə sərf edir, bəs müxalifətin belə bir situasiyanın yaranmasında rolu yoxdur? 
 
- Təbii ki, seçki mühitinin hiss olunmamasında hakimiyyət maraqlıdır. Çalışırlar ki, seçkilər ümumiyyətlə əhəmiyyətsiz bir hadisəyə çevrilsin. Belə olanda, istənilən adamı da deputat etmək, kimə istəsələr mandat vermək mümkündür. Çünki cəmiyyət də bunu susqunluqla qarşılayacaq. Ona görə də hesab edirəm ki, bu, ilk növbədə hakimiyyətin yürütdüyü siyasətin nəticəsidir. Amma təbii ki, Azərbaycan müxalifəti də çox zəifdir. Qeyd etmək lazımdır ki, müxalifət həm dağınıqdır, həm zəifdir, həm də öz aralarında bir-birlərini didməklə məşğuldurlar. Müəyyən qruplaşmalar, bloklaşmalar yaranır və bu qruplar ayrı-ayrılıqda fəaliyyət göstərsələr də, bütövlükdə siyasi situasiyaya təsir göstərmək imkanına malik deyillər.  
- Parlament seçkilərində iştirak edəcəksinizmi?
 
- Aydınlar Partiyası olaraq "Azadlıq 2015" seçki blokunun tərkibində fəaliyyət göstəririk. Partiya olaraq, üzvlərimiz də seçkilərə qatılmaq niyyətindədir. Amma müəyyən problemlər var, başlıcası maliyyədir. Amma bütün hallarda, seçkiləri boykot etməyin tərəfdarı deyilik. Seçkilərdə iştirak etmək lazımdır.
- Sizin bayaq qeyd etdiyiniz məhkəmələrlə bağlı müxtəlif ölkələrin rəsmiləri, beynəlxalq təşkilatlar tərəfindən bəyanatlar verilir. Bu bəyanatlar Azərbaycanla Qərb təşkilatlarının münasibətlərinə necə təsir edəcək?
 
- Təbii ki, istər-istəməz münasibətlərdə müəyyən gərginlik yaradır. Ancaq praktika da göstərir ki, Azərbaycan hakimiyyətinin bu cür fəaliyyətinə ancaq bəyanatlar səviyyəsində cavablar verilir. Belə olan halda Azərbaycan hakimiyyəti də başqa ölkələrdə demokratiyanın vəziyyətinin pis olmasını, insan haqlarının pozulduğunu göstərməyə çalışır. Bəzən görürsən ki, rəsmi KİV-lər, informasiya agentlikləri ayrı-ayrı ölkələrdə insan haqlarının durumunun daha bərbad vəziyyətdə olduğunu sübut etməyə cəhd edirlər. Bu da çox zaman gülməli şəkildə olur və gülünc bir vəziyyət yaranır. Amma bütövlükdə Azərbaycan iqtidarının həm Qərb ölkələri ilə, həm də beynəlxalq təşkilatlarla münasibətlərini gərginləşdirir. 
-  Ölkədə sosial-iqtisadi vəziyyətin gərginləşməsi hansısa siyasi kataklizmlərə gətirib çıxara bilərmi?
 
- Bir az demək çətindir. Düzdür, Azərbaycan xalqı gözlənilməz addımlar atmağa qadir olan xalqlardan biridir. Bir neçə il əvvəl Qubada, İsmayıllıda, müxtəlif ticarət mərkəzlərində baş verən etirazlar həmin gözlənilməz addımlar kimi qiymətləndirilə bilər. Amma hesab edirəm ki, bu cür siyasi və iqtisadi vəziyyət davam etsə də, zorakılıqla müşahidə olunan etirazlara gətirib çıxarmayacaq. Lakin lokal etirazların olması təbiidir və yəqin ki, müəyyən vaxtdan sonra ayrı-ayrı yerlərdə vətəndaşlar, həm də siyasilər tərəfindən etirazlar olacaq. Amma bir daha deyirəm ki, genişlənməsi və zorakılıqla müşayiət olunan xarakterə keçməsi qeyri-mümkündür. 
- Sosial-iqtisadi vəziyyətin ağırlaşmasının iqtisadiyyatın neftdən asılılığı ilə bağlı olduğunu dediniz. Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
- Bu məsələlərə kompleks yanaşma lazımdır. İlk növbədə, Azərbaycan hakimiyyəti təkcə öz məmurlarının yox, həm də digər siyasilərin dəstəyinə ehtiyac hiss etməlidir. Normal seçkilər keçirmək lazımdır ki, cəmiyyət artıq hakimiyyətə, seçkilərə inansın, etibar etsin. Bundan başqa, Azərbaycanın bank siyasətinə yenidən baxmaq lazımdır. Mərkəzi Bankın müəyyən addımları olub. Amma bu addımlar nə təsir göstərir bank siyasətinə? Müəyyən halda, hətta maliyyə amnistiyasına da getmək olar. İstehlak kreditləri çox olduğu üçün həmin kreditlərin müəyyən bir hissəsini ödəməyi öz öhdəsinə götürə bilər. Bu, Azərbaycan iqtisadiyyatına da kömək edər. 
Həmçinin Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafına diqqət etmək lazımdır. Turizm və digər sahələrdə gəlir gətirən infrastrukturlar yaradılsa da, çox bahalı olduğu üçün, onlardan istifadə edənlər üçün çətindir. Buna görə də qiymət siyasətinə yenidən baxılmalı, digər addımlar da atılmalıdır.
Rəşad VAQİFOĞLU

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ