SON DƏQİQƏ

PressDent.Info

İmişli Məhkəməsinin «şəhid ailəsi» alveri

İmişli Məhkəməsinin «şəhid ailəsi» alveri
7-08-2015, 10:25 74843 dəfə baxılıb

Saxtakarlığa işıq tutan məktub

II qrup Qarabağ müharibəsi əlili Şirinli Tariel Adışirin oğlu redaksiyamıza məktub yollayıb. Adətən şikayət məktubları aldığımızdan bunun da o qəbildən olacağını düşündük, ancaq məktubu açanda tamam başqa mənzərəylə qarşılaşdıq. Qəzetimizdə getmiş kiçik bir şikayət məktubuna Tariel bəy araşdırmayla cavab verib. T.Şirinlinin apardığı araşdırmanın təkcə oxucular yox, qanunsuzluqlara qarşı mübarizə aparanlar üçün də maraqlı olacağını düşündük.

“”Azadlıq" qəzetinin 1-2 avqust 2015-ci sayında (N 169, 5934) “Sosial şöbə” imzası ilə “Şəhid ailəsi yaşamağa ev tapmır” adlı məqaləsi çap olunub. Doğrusu, bu yazı məndə təəccüb və ikrah doğurdu. Ona görə də redaksiyaya məktub yazmaq qərarına gəldim.

Hörmətli redaksiya! Məqalədə şəhid ailəsi üzvü kimi yer alan Babaşova Adilə və ailəsinin “açınacaqlı durumundan” bəhs olunur. “Sosial şöbə”nin hazırladığı məqələdə göstərilən faktların yoxlanılıb-yoxlanmadığını bilmirəm. Ancaq məqalənin mətnindən görünür ki, burada göstərilən faktlar yoxlanılmadan qəzet səhifəsinə çıxarılıb.

Bildirirəm ki, tək Imişlidə yox, respublikanın hər yerində Qarabağ müharibəsi əlili və şəhid ailəsi üzvü adından sui-istifadə halları var. Imtiyazlı şəxs kimi təqdim olunan çoxlu sayda vətəndaşlar var ki, şəhid ailəsi üzvü statusundan yararlansalar da, onların şəhid ailəsi üzvü, eləcə də Qarabağ müharibəsi və ya hərbi xidmət əlili adları saxtakarlıqla əldə olunub.

Saxta status

Belə ailələrdən biri də haqqında söhbət gedən Adilə Babaşovadır. Xeyli vaxtdır ki, Imişlidə belə saxtakarlıqla status almış vətəndaşların kimliyini araşdırıram. Əlaqədar təşkilatlara - SHXÇDX Imişli şöbəsinə, Müdafiə nazirliyinə,  Imişli rayon ƏSMM-nə, Baş prokurorluğa, hətta məhkəməyə də müraciət etmişəm. Amma hələ lazımi nəticə əldə edə bilməmişəm. Nəticə əldə edə bilməməyimə əsas səbəb isə korrupsiyaya qurşanmış təşkilatlarla üz-üzə qalmağımdır, onlar çoxdur, salahiyyət sahibləridirlər və qanuna nəzarət onların əlindədir. Mən isə demək olar ki, təkəm!

Elə fürsət düşmüşkən, bu məsələlərin ictimailəşməsində “Azadlıq” qəzeti olaraq sizə müraciət edirəm. Məhkəmələrdə dörd işim icraatdadır.

Araşdırmamdan bir hissəni Sizə ünvanlayıram!

Bildirirəm ki, Sizin qəzetdə “yaşamağa ev tapmayan şəhid ailəsi üzvü” kimi təqdim olunan Adilə Babaşova haqqında bir-iki kəlmə aydınlaşma verməyə ehtiyac var.

Öncə şəhid adı statusunun kimə verilməsi və Adilə Babaşovanı “şəhid ailəsi üzvü” statuslu edən kəsin kimliyinə aydınlıq gətirək.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03.09.1993-cü il tarixli Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən: “şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada  ölmüş hesab edilən şəxsdir”.

Məqalədə Adilə Babaşovanın dilindən, onun “həyat yoldaşı və qaynatasının eyni gündə ”şəhid" olması bildirilir. Məqalədə adlar çəkilməsə də, Adilənin həyat yoldaşı - Imişli rayonunun Hacırüstəmli (keçmiş Suvorovka) kəndinin sakini, 1960-cı il təvəllüdlü Babaşov Irza Idiş oğlu və qaynatası - Imişli rayonunun Hacırüstəmli (keçmiş Suvorovka) kəndinin  sakini, 1928-cı il təvəllüdlü Babaşov Idiş Feyruz oğludur. Bütün hallarda Allah onlara rəhmət eləsin!

Hər iki şəxs ölənə qədər - yəni 20 iyul 1991-ci ilə kimi  Imişli rayonu Hacırüstəmli (keçmiş Suvorovka) kəndinin “Yeni həyat” kolxozunun çobanları olublar. 1991-ci il tarixdə Irza Idiş oğlu və Idiş Feyruz oğlu hər il olduğu kimi Imişlinin digər kolxoz (“Paris komunası” və “Azərbaycan”) çobanları ilə qoyun sürülərini Laçın rayonunun yaylaqlarına aparıblar. Yaylaqda insident baş verib, Irza və Idiş kişi qətlə yetiriliblər.

Azərbaycan Respublikası 18 oktyabr 1991-ci il tarixdə Müstəqillik Haqqında Akt elan edib və bu, 29 dekabr 1991-ci il tarixli Referendumla təsdiqlənib.

Bunu ona görə xatırladıram ki, həmin vaxt Azərbaycan hələ müstəqilliyini elan etməyib və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03.09.1993-cü il tarixli Azərbaycan Respublikası qanunu qəbul edilməyib.

Qanunvericiliyin tələbinə uyğun olaraq, cinayət istintaqının araşdırması cinayət baş verən ərazidə aparılmalıdır. Yəqin ki, həmin vaxt da belə bir araşdırma cinayət hadisəsi baş verən ərazidə - yəni Laçın Rayon Prokurorluğunda istintaq aparılıb.

Çoban Irza Idiş oğlu Babaşovun ölümündən sonra Adilə Novruz qızı adlı arvadı, Alqayıd və Habil adlı oğlanları qalıb.

İmişli məhkəməsindən saxta qərar

Çoban Irza Idiş oğlunun həyat yodaşı Adilə Babayeva 1998-ci il tarixdə Imişli Rayon Məhkəməsinə müraciət edir. Imişli Rayon Məhkəməsi (iş N 2-75) 1998-ci ildə Azərbaycan Respublikası adından Qətnamə çıxarır.

16 oktyabr 1998-ci il tarixdə Imişli Rayon Məhkəməsi açıq məhkəmə iclasında (prokuror kimi H.Bayramov iştirak edir)  QƏT EDIR:

“Tələb təmin edilsin. Vət. Babayeva Adilə Novruz qızının əri Babayev Irza Idış oğlunun adına verilmiş, 13.12.1995-ci il tarixli ölüm şəhadətnaməsində 1991-ci ildə Laçın rayonu ərazisində ermənilər tərəfindən öldürülməsi əlavə edilsin.

Qətnamədən 10 gün müddətində Imişli Rayon Məhkəməsi vasitəsilə AR-sı Ali Məhkəməsi MIÜMK-na kassasiya şikayəti və protesti vermək olar.

Imişli Rayon Hakimi: Q.Ismayılov

Katib: O.Əliyeva".

Mama məntəqəsinin “ekspertizası”

Göründüyü kimi, məhkəmə qətnaməsinin qərar hissəsində mərhumun “şəhid” olması barədə bir kəlmə də olsun söz yoxdur. Məhkəmə prosesi qanun pozuntuları ilə keçirilib və qərar saxta sənədlərə əsasən çıxarılıb. Həmçinin, digər  diqqət çəkən məqamlar və cavab tələb olunan suallar var. Məsələn:

1.Qətl hadisəsi 1991-ci ilin iyul ayının 21-də Laçın rayonu ərazisində baş verib. Yəqin ki, Laçın rayon prokurorluğu həmin vaxt bu hadisə ilə bağlı cinayət işi başlayıb.

2.Hadisə 1991-ci il tarixdə baş versə də, 1995-ci il tarixdə Imişli Hacırüstəmli kənd (keçmiş Suvorovka) Feldşer-Mama məntəqəsinin feidşeri I.Əliyev tərəfindən təqdim edilmiş arayışa əsasən “Ölüm Haqqında Şəhadətnamə” verilib.

Nə vaxtdan kənd Feldşer-Mama Məntəqəsi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin” funksiyasını yerinə yetirir?! Özü də hadisə baş verəndən 4-5 il sonra.

3.Maraqlı məqamlardan biri də Hacırüstəmli kənd sakininin ölümünü təsdiqləyən sənəd kimi Imişli rayon IHB-nin Hacırüstəmli kəndi üzrə nümayəndəsi deyil, başqa bir nümayəndəlik - Imişli rayon IHB-nin Hacalmuradlı kəndi üzrə nümayəndəsinin 232 saylı arayışı əsas kimi götürülüb. Qeyd edim ki, bu nümayəndəliklər qonşu da deyillər. Təsəvvür yaratmaq üçün yazıram. Hacalmuradlı kənd nümayəndəliyi Saatlı rayonu ilə, Hacırüstəmli kənd nümayəndəliyi isə Biləsuvar rayonu ilə həmsərhəddir.

4.Hansı ekspertiza aparandan sonra Hacırüstəmli kənd Feldşer-Mama məntəsinin feldşeri mərhum Babaşov Irza Idış oğlunun bıçaq yarasından deyil, məhz güllə yarasında ölməsini təsdiqləyir?! Özü də “erməni təcavüzkarlarının gülləsindən”.

Qeyd: Imişli Rayon Məhkəməsinə, Məhkəmə-Hüquq Şurasına, Ədliyyə nazirliyinə, Baş prokurorluğa və s. təşkilatlara müraciətlər etsəm də, “məhkəmədə tərəf olmamısan”, “müddət ötüb” və s. arqumentlərlə müraciətlərim ötür-ötürə salınıb, məhkəmədə isə iddiam hələ də “təmin olunmadığından” növbəti instansiyalarla mübarizə aparmaq məcburiyyətindəyəm.

Qətnamədən də göründüyü kimi, bu məhkəmə prosesi olsa-olsa qeydiyat aparmaq üçün “ölüm faktının” qeydə alınması kimi qəbul edilib. Əsasnaməyə əsasən, ölüm qeydiyyatı üçün ölüm faktını və yerini təsdiq edən tibbi Şəhadətnamə, əgər, ölüm tibbi müəssisədən kənarda, tibb işçilərinin iştirakı olmadan baş veribsə, məhkəmənin ölüm faktının müəyyən edilməsi barədə qətnaməsi tələb olunur ki, məhkəmə də qərar çıxararaq ölüm şəhadətnaməsinə ölüm faktının və yerinin əlavə edilməsini bildirib.

Həmçinin, 2009-cu il tarixə kimi şəhid statusunu Müdafiə Nazirliyi verirdi. Məhkəmə qətnaməsində də Müdafiə Nazirliyinin heç bir arayışı yoxdur.

Təxminən belə bir qətnamə 1998-ci ildə, yenə Imişli Rayon Məhkəməsindən digər çoban, Adilə Babayevanın atası Imişli rayonunun Hacırüstəmli (keçmiş Suvorovka) kəndinin sakini, 1928-cı il təvəllüdlü Babaşov Idiş Feyruz oğlu barədə də çıxarılıb. Amma bu dəfə həkim rəyini 1998-ci ildə Aranlı  kənd xəstəxanasının baş həkimi verib.

Göründüyü kimi, bu çoban ailələri şəhid kateqoriyasına aid deyillər.

Hər ölən isə, hətta “erməni təcavüzkarlarının gülləsindən” olmuş olsa belə, şəhid sayılmaz.

Qanuna əsasən, “şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada  ölmüş hesab edilən şəxsdir” - kimi təsbit olunub.

Bir məqam da ondan ibarətdir ki, bu faktdan istifadə edib, qoyun sürülərini “erməni talayıb apardı”- deyə dövlət malı  üç kolxozun balansından silinib. Heç bununla da işimiz yox!

Bu məhkəmə qətnamələri olsa da, hər iki çoban şəhid statuslu olmayıblar.

Yalnız Imişli rayon Icra Hakimiyyəti başçısının birinci müavini, YAP-nın sədri Səfa Ağayevin imzası ilə 135 nömrəli 14.02.2007-ci il tarixdə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Imişli rayon şöbəsi nəzdində fəiliyyət göstərən Komissiyaya (komissiyanın tərkibinə 10-dan çox təşkilatın: icra hakimiyyətinin, hərbi komissarlığın, maliyyə nazirliyinin, əmək və əhalinin sosial müdafiəsi nazirliyinin və s.) göndərdiyi arayışdan sonra Adilə Babayeva şəhid ailəsi üzvü kimi tanınıb, ona prezident təqaüdü təyin olunub və Imişli şəhəri Ağamalıoğlu küçəsi 4 A ünvanında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilib istifadəyə verilmiş binanın 13 saylı üçotaqlı mənzili  verilib.

O, mənzil növbəsində də olmayıb. Amma binada olan iki üçotaqlı mənzildən biri ona verilib. Halbuki, bu vətəndaşa nəinki mənzil ayırmaq (özü də növbədənkənar), hətta onun mənzil növbəsinə götürülməsi qanuna ziddir:

a)mövcud qanunvericiliyə görə, istər Babaşov Idiş, istərsə də Babaşov (I)Rza Idiş oğlu “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir” - kateqoriyasına aid deyil;

b)onların Hacırüstəmli kəndində 0,8 sot həyatyanı torpaqları və evləri var.

c)həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri də Adilə Babayevanın həm mənzil növbəsinə uçota götürülməsini, həm ona mənzil verilməsi ilə ziddiyət təşkil edirdi.

Hörmətli redaksiya! Məqalədə göstərildiyi kimi, Adilə Babaşova qaldığı və yaşadığı mənzil heç də Imişli Təhsil şöbəsinə məxsus deyil.

Qeyd: Onun Imişli Təhsil şöbəsinin binası kimi təqdim etdiyi bina (Imişli şəhəri H.Aslanov küçəsi 9), əvvəllər mehmanxana olub və Imişli “Komxoz”una (indiki Komunal Xidmətlər Kombinatına) məxsusdur. Sonralar Imişli Təhsil Şöbəsi adıçəkilən binada yerləşdirilib. Və hər ay Əmlak Komitəsinin Imişli şöbəsinə icarə haqqı olaraq pul ödəyir. Baxmayaraq ki, bina Imişli Komunal Xidmətlər Kombinatının balansındadır. Kommunal Xidmətlər Kombinatının yetkilisi ilə söhbətimizdə onların özlərinin yer “qıtlığı” çəkdiklərini və cəmi 3 kiçik otağı olduğu bildirildi. Həmin binanın iki otağı “özəlləşdirilərək” müvafiq olaraq bərbərxana və dəftərxana mağazası kimi fəaliyyət göstərir. Binanın digər otaqlarını Cəbrayıldan olan qaçqın ailəsi və Adilə Novruz qızı zəbt edərək ailələri ilə orda yaşayırlar. Hər il də  Adilə xanım Respublika Prokururuna teleqram vurur. Və rayon rəhbərliyi də Imişli Təhsil Şöbəsi rəhbərliyinə, öz cibindən, öz hesabından Adilə xanımın yaşadığı otaqları yüksək səviyyədə təmir etdirirlər. Çünki, yuxarıdan göstəriş var: “Nə edirsiniz edin, ancaq bizə şikayət gəlməsin”!

Adilə Babaşova həmin binanın iki otağını zəbt edərək, həmin ünvanda bu gün də yaşamaqdadır.

Maraqlı faktdır ki, Adilənin ailəsinə Imişli RIH-in sərəncamı ilə 19 dekabr 2007-ci ildə verilmiş order əsasında Imişli ş., S.Ağamalıoğlu küç., 4 A saylı binadan üçotaqlı mənzil verilsə də, Adilənin ailəsini zəbt etdiyi otaqlardan çıxarmayıblar.

Bu bir faktdır ki, Imişli RIH mənzil komissiyası “maklerlik” edir. Qanunlar yox, qaydalar işləyir. Bu öz yerində...

Ümumiyyətlə, bu ailənin sənədlərində çoxlu sayda mübahisəli və naqis məqamlar var ki, bunlara aydınlıq gətirilməlidir.

Məqalədə Adilənin soyadı Babaşova kimi göstərilib.

Onun Azərbaycan Respublikası Baş prokurorluğuna yazdığı şikayət məktublarını görmüşəm. Ola bilsin ki, başqa təşkilatlara da şikayət ərizələri yazdırıb. Adilə adı dəyişməsə də, onun adından yazılan şikayət ərizələri həm Babaşova, həm də Babayeva soyadı ilə yazılır. Ola bilsin ki, onun iki şəxsiyyət vəsiqəsi var. Niyə belə əsasa gəlirəm. Indi aydınlaşdırım.

Qəzetdə gedən məqalədə Adilə xanım BABAŞOVA kimi təqdim olunub.

Amma Adilə Novruz qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında yerləşdirilmiş - ƏƏSMN-in sosial müavinətlər və təqaüdlər təyin olunmuş ailələrin (Imişli) adlı siyahısı (ətraflı ünvanla) - üzrə müvafiq olaraq sıra sayı 20 və ətraflı ünvanla olan siyahıda sıra sayı 109, ünvanı: Imişli şəhəri Əzizbəyov küçəsi 2, şəhid ailəsi üzvü olmaqla 200 manat pul aldığı göstərilir. Soyadı Babayeva kimi qeyd olunub.

Həmçinin, Imişli RIH-in sərəncamı ilə 19 dekabr 2007-ci ildə verilmiş orderlərin əsasında Imişli ş., S.Ağamalıoğlu küç., 4 A saylı binadan mənzil alan vətəndaşların siyahısında da Babayeva kimi qeyd edilib.

Göründüyü kimi, Qarabağ müharibəsi əlilləri və şəhid ailəsi üzvləri üçün, 19 dekabr 2007-ci il tarixdə Imişli şəhəri Ağamalıoğlu küçəsi 4 A binasından 13 saylı üçotaqlı mənzil Babayeva Adilə Novruz qızının adına rəsmiləşdirilib.

Daha bir rəsmi sənəd: Adilə xanım 1998-ci il tarixdə Imişli Rayon Məhkəməsinə müraciət edir. Imişli Rayon Məhkəməsi (iş N 2-75) 1998-ci il tarixdə Azərbaycan Respublikası adından Qətnamə çəxarır.

Yuxarıda verdiyimiz məhkəmə sənədində də Adilə xanım BABAYEVA kimi göstərilib.

Daha bir sənəd. Mərkəzi Seçki Komissiyasını seçici siyahısı: Adilə Novruz qızı: MSK-nın seçici siyahısında yaşadığı ünvan: Imişli r-nu, Hacırüstəmli kəndi (79-cu dairə, 39-cu məntəqə, sıra sayı 74 və təvəllüdü 1961-cı il göstərilib).

747939 BABAŞOVA ADILƏ NOVRUZHACIRÜSTƏMLI, ev, 1961

Soyadı Babaşova kimi qeyd olunub.

Adilə Novruz qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında yerləşdirilmiş - ƏƏSMN-in sosial müavinətlər və təqaüdlər təyin olunmuş ailələrin (IMIŞLI) adlı siyahısı (ətraflı ünvanla) - üzrə müvafiq olaraq sıra sayı 20 və ətraflı ünvanla olan siyahıda sıra sayı 109, ünvanı: Imişli şəhəri Əzizbəyov küçəsi 2, şəhid ailəsi üzvü olmaqla 200 manat pul aldığı göstərilir. Soyadı Babayeva kimi qeyd olunub.

Çoban Irza Idiş oğlu Babaşovun ölümündən sonra Adilə Novruz qızı adlı arvadı, Alqayıd və Habil adlı oğlanları qalıb.

Babaşov Alqayıt Irza oğlu: MSK-nın siyahısında ünvan: Imişli r-nu Hacırüstəmli kəndi (79-cu dairə, 39-cu məntəqə, sıra sayı 70 və təvəllüdü 1983-cü il) göstərilib.

707939 BABAŞOV ALQAYIT RZAHACIRÜSTƏMLI, ev,1983

Hazırda Alqayıt adını dəyişərək Alı, soyadını isə Babaşzadə  yazdırıb.

Məqalədə “ailədə sağlam olub, əsgərliyə gedən və xidmət zamanı saqlamlığını itirərək, 2-ci qrup Hərbi xidmət əlili olan” oğlu Babaşov Habil Irza oğludur.

Babaşov Habil Irza oğlu: MSK-nın siyahısında ünvan: Imişli r-nu Hacırüstəmli kəndi (79-cu dairə, 39-cu məntəqə, sıra sayı 83 və təvəllüdü 1986-cı il ) göstərilib.

837939 BABAYEV HABIL RZAHACIRÜSTƏMLI, ev,1986

Həmçinin, O, ƏƏSMN-nin Imişli mərkəzindən III qrup ümimi xəstəlik göstəricisi ilə 43 manat pul alıb. Əlaqədar qurumlara, Habil Babaşovun statusu (doğrudanmı hərbi xadmət əlili olması barədə) ilə bağlı bilgi almaq məqsədilə informasiya sorğusu ilə müracət etsəm də, hələ ki, lazımı məlumat ala bilməmişəm.

Hazırda sosial müavinət və təqaüd alanların siyahısında sıra sayı 120; ətraflı ünvanla olan siyahıda isə sıra sayı 1271-ci olmaqla, ümumi xəstəliyi II qrup olaraq 50 manat alır.

Həmin qrafada da Habil Babaşovun ünvanı Imişli r-nu Hacırüstəmli kəndi göstərilib.

Daha bir siyahıda - MSK-nın seçici siyahısında isə ünvan aşaşıdakı kimi göstərilib.

112793 BABAŞOV HABIL IRZAM.ƏZIZBƏYOV, ev 2, 1986

115793 BABAŞOVA ADILƏ NOVRUZ M.ƏZIZBƏYOV, ev 2, 1961

117793 BABAŞZADƏ ALI  IRZA S.AĞAMALIOĞLU, ev 4, 1983

Son anda məlumat aldım ki, Imişli RIH-in sərəncamı ilə 19 dekabr 2007-ci ildə verilmiş orderlərin əsasında Imişli ş., S.Ağamalıoğlu küç., 4 A saylı binadan mənzil alan Adilə Babayeva (Babaşova), həmin mənzili oğlu Babaş(ov)zadə  Alı(qayıt)a “bağışlayıb”.

P.S.Düşünürəm ki, bu çoban ailəsi üzvləri azərbaycan dilinin fonetkasından, morfologiyasından, semantikasından istifadə edərək adlarında, soyadlarında, ünvanlarında etdikləri “dəyişiklər” elə-belə həyata keçirilmir. Yəqin ki, bu “dəyişiklikləri” məqsədli şəkildə və ona görə edirlər ki, şəhid adından sui-istifadə edib, imtiyazlardan daha çox istifadə etsinlər.  Deyim ki, araşdırma nəticəsində bu halın təkcə Adilə Babaşova yox, başqa vətəndaşların həyata keçirildiyi faktlar var.

P.P.S. Hörmətli redaksiya, dediyim kimi, hazırda analoji suallarla bağlı, müxtəlif instansiyalarda dörd məhkəmə çəkişməm var. Bu məhkəmə çəkişməsindən biri - ƏƏSMN-ə qarşı iddiamın təmin edilməsinə dair 20 fevral 2015-ci il tarixdə 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsi QƏRAR çıxarsa da, ƏƏSMN onu icra etmir. Halbuki, Azərbaycan Respublikası adından çıxarılan Qərarların icrası məcburidir və iki ay (istisna hallarda bir ay da artırıla bilər) müddətində icra olunmalıdır".

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ