SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Şahmar Mövsümovun karyerasına təhlükə

Şahmar Mövsümovun karyerasına təhlükə
11-08-2015, 10:04 39622 dəfə baxılıb

Dövlət Neft Fondunun aktivlərinin idarə edilməsindəki uğursuzluqlar icraçı direktorun ayağına yazıla bilər

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun karyerasına təhlükə yaranıb. “Azadlıq”a daxil olan məlumatda iddia olunur ki, Dövlət Neft Fondunun aktivlərinin idarə olunmasında arda-sırda buraxılan yanlışlar Şahmar Mövsümovu hədəfə gətirib. Məlumat üçün deyək ki, Dövlət Neft Fondu qızılın ucuzlaşmasından 103,2 milyon dollar itirib. 2014-cü ilin sonunda Dövlət Neft Fondu 30 ton qızıl yığıb, bu da onun aktivlərinin 5 faizi qədər olmalı idi. 1 iyul 2015-ci il üçün fondun aktivləri əvvəlki ilə nisbətən 3,56 faiz azalaraq, 35,78 mlrd. manat olub.

Bundan başqa, Dövlət Neft Fondu 2015-ci il iyulun 1-dən ümumi məbləği 3 milyard yuan ($483 milyon) olmaqla Çin yuanına investisiya qoyub. Bu ilk investisiya qoyuluşudur. 3 milyard yuana qədər investisiya üçün Çin Mərkəzi Bankından (ÇMB) lisenziya 2014-cü ildə alınıb və ÇMB ilə müvafiq müqavilələr imzalanıb. Dövlət Neft Fondu iyunun 12-də Çin Fond Bazarında indekslər yeddiillik maksimuma çatdıqdan sonra yuana sərmayə qoymağa başlayıb. Son ildə bazar 150 faiz artıb.

Lakin bundan dərhal sonra bu Fond Bazarı görünməmiş tənəzzül fazasına qədəm qoyub. Beləliklə, Dövlət Neft Fondunun bu addımı da uğursuzluqla nəticələnib.

Dövlət Neft Fondunun daşınmaz əmlakda xeyli vəsait itirib. Fond 2012-ci ildə Moskvadan 133 milyon ABŞ dolları müqabilində Tverskaya 16 ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi almışdı. Hazırda həmin obyekt dəyərinin üçdə birini itirib. Son qiymətləndirmələrə görə, ticarət mərkəzinin hazırda bazar dəyəri 5 milyard 687 milyon rus rubldur. Bu da təxminən 90 milyon dollar edir. Beləliklə, əmlak 3 ildə dəyərini 43 milyon dollar itirib.

Bu məlumatı iqtisadçı ekspert Samir Əliyev mətbuata açıqlayıb.

Doğrudur, bütün bu addımlar Şahmar Mövsümovun özfəaliyyəti deyil. Lakin məlumatda deyilir ki, fondun icraçı direktoru bu uğursuzluqların qurbanı kimi “vurula” bilər.

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ